Gürcüstanın “3+3” platformasında iştirakı üçün qapılar həmişə açıqdır - Lavrov

16:41 - 18 Oktyabr 2024 - DÜNYA

Gürcüstanın Cənubi Qafqaz üçün "3+3" platformasında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, İran, Türkiyə) iştirakı üçün qapılar həmişə açıqdır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu formatda İstanbulda keçirilən görüşdən sonra deyib.

“Biz bu formatda toplaşanda həmişə bunu edirik və bir daha təsdiq etdik ki, bu platformanın qapıları Gürcüstan üçün həmişə açıq qalır. Və ümid edirik ki, zaman keçdikcə gürcü qonşular da onun işinə qoşula biləcəklər”, - deyə nazir bildirib.

Qeyd edək ki, Gürcüstan tərəfi bundan əvvəl “3+3” platformasının növbəti iclasında iştirakdan imtina edib.

Xəbər xətti