HƏMAS Yəhya Sinvarın ölümünü təsdiqlədi

16:03 - 18 Oktyabr 2024 - DÜNYA

HƏMAS Yəhya Sinvarın ölümünü təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, Fələstinin Həmas hərəkatı lideri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

Müvafiq bəyanatla radikal təşkilatın Siyasi Bürosunun üzvü Xəlil əl-Heya çıxış edib.

O, hərəkatın lideri Yəhya Sinvarın öldürülməsini təsdiqləyib və onun ölümünün hərəkati yalnız gücləndirəcəyini göstərib.
Xatırladaq ki, İsrail ordusu Qəzza zolağında keçirilən əməliyyat nəticəsində aralarında HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvarın da olduğu üç rəhbər şəxsin öldürülməsi ilə bağlı ilkin məlumat yayıb.

Xəbər xətti