FİFA transfer qaydalarına dəyişiklik etmək niyyətindədir

15:43 - 18 Oktyabr 2024 - İDMAN

Beynəlxalq Futbol Federasiyası (FİFA) Avropa İttifaqı (Aİ) məhkəməsinin qərarından sonra transfer qaydalarını tənzimləmək üçün iclas keçirəcək.

Ucnoqta.az xəbər evrir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Əvvəllər Aİ Ədalət Məhkəməsi FİFA-nın transfer qaydalarını ittifaq qanunlarına zidd hesab etmişdi.
Qərar fransalı futbolçu Lassane Diarranın şikayətindən sonra verilib.

FİFA Futbolçuların statusu və transferi haqqında Əsasnamənin 17-ci maddəsinə uyğun olaraq özünün tənzimləyici bazası ilə bağlı konstruktiv təklifləri alqışlayır və Diarra işində qərar beyin fırtınası və mövcud tənzimləmə bazasında mümkün təkmilləşdirmələri müəyyən etmək üçün əla fürsət hesab edir.

Xəbər xətti