Sinvarın öldürülməsi İsrailin hərbi üstünlüyüdür, lakin... - WP

10:47 - 18 Oktyabr 2024 - DÜNYA

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail hərbçiləri tərəfindən öldürülməsi İsrailin Yaxın Şərqdə hərbi üstünlüyünü bərpa etməsi deməkdir, lakin radikal Fələstin hərəkatı üzərində qələbə deyil.

Ucnoqta.az xəbər verir ki, bu fikir The Washington Post (WP) qəzetində dərc olunan məqalədə yer alıb.

Bildirilir ki, Sinvarın ölümü İsrailin Yaxın Şərqdə hərbi üstünlüyünün bərpasını simvollaşdırır, lakin yəhudi dövlətinin HƏMAS üzərində qələbəsi ilə bağlı istənilən bəyanatlar tezdir.

Qeyd olunur ki, Sinvarın qətlindən əvvəl İsrail artıq HƏMAS-ın üç liderini sıradan çıxarmışdı, lakin hələ də hərəkatı məhv edə bilməyib.

Nəşr qeyd edir ki, Fələstin anklavında hərbi uğurlara baxmayaraq, Baş nazir Benyamin Netanyahunun hələ də Qəzzada vəziyyətin nizamlanması və sabitləşdirilməsi üçün dəqiq planı yoxdur. 

Xəbər xətti