Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə göə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq növbəti tədbir keçirilib.
Nəticədə Pircahan kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 6350 ədəd çətənə kolu yığılaraq məhv edilib.