İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə və Qəzza zolağında davam edən döyüşlər zamanı 5 əsgərin öldüyünü bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Həmçinin 9 əsgərin yaralandığı və müalicə olunmaq üçün yəhudi dövləti ərazisinə təxliyə edildiyi bildirilir.
Beləliklə, İsrail ordusunun Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı ölən hərbçilərinin ümumi sayı 745-ə çatıb.