Rusiyanın Vladimir vilayətində yük qatarının 7 vaqonu relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baza öz Telegram kanalında məlumat yayıb.
Hadisənin oktyabrın 17-də axşam saatlarında Murom stansiyasında baş verdiyi bildirilri. Manevr işləri zamanı 7 vaqon relsdən çıxıb.
İlkin məlumata görə, onlardan biri borularla yüklənib, qalanları isə boş olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.