Lavrov Türkiyəyə səfər edib

20:31 - 17 Oktyabr 2024 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) iclasında iştirak etmək üçün Türkiyəyə gəlib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya diplomatiyasının rəhbərinin təyyarəsi İstanbul hava limanına enib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşıdakı görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirlərinin iştirak edəcəyini bildirib.
 Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan iştirakdan imtina edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, tədbir çərçivəsində Rusiya diplomatik departamentinin rəhbəri bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xəbər xətti