İsrail Livanın şimal-şərqindəki "Hizbullah" hədəflərinə zərbələr endirib

14:23 - 17 Oktyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şərq və şimal-şərqində məskunlaşan ərazilərdə yerləşən "Hizbullah" təşkilatının hədəflərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, Al Jadeed telekanalının verdiyi məlumata görə, əvvəllər döyüşçülərin arxa bazalarının dəfələrlə bombalandığı Sarin, Timnin və Es-Sifri şəhərlərinə hava hücumları həyata keçirilib.
İDF sözçüsü Aviçai Edri X-də yerli sakinlərə ərəb dilində hava hücumu ilə bağlı xəbərdarlıq edərək, "Hizbullah" qurğuları və mövqelərinin yaxınlığında yerləşən evləri təcili olaraq təxliyyə etməyi tövsiyə edib.

İsrail ordusu ilk dəfədir ki, Livanın şərqində əhaliyə belə bir müraciət edir.

Xəbər xətti