Abşeron rayonunun Masazır qəsəbəsində köşkdən soyğunçuluq edilib.
Ucnoqta.az qafqazinfo.az-a istinadən xəbər verir ki, köşkə gəlmiş bir nəfərin oradan 700 manat dəyərində lotereya biletlərini soyğunçuluq yolu ilə talayaraq "BMW" markalı avtomobillə getməsi barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, "BMW" markalı avtomobilin sürücüsü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 24 yaşlı T.Məmmədov və sərnişini olan 27 yaşlı İ.Xıdırov müəyyən olunaraq saxlanılıb.
Onların Masazır qəsəbəsində daha bir köşkdən soyğunçuluq etmələri də məlum olub.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.