Altı yaşlı uşaq dırnaqtutanı udub - FOTO

11:52 - 17 Oktyabr 2024 - HADİSƏ

Başqırdıstanın Ufa şəhərində altı yaşlı uşaq dırnaq qayçılarını udub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, həkimlər mədə və qida borusunun selikli qişasına zərər vermədən əşyanı çıxara bilib.

Şöbədən verilən məlumata görə, uğurlu əməliyyatdan sonra uşağın vəziyyəti yaxşılaşıb və bir neçə gündən sonra evə buraxılıb.


Xəbər xətti