“Çox uzun zaman idi ki, mənə ailəm, uşağım və problemlər haqqında suallar vermirdilər. İistəmirəm ki, mənə ailəm və şəxsi həyatımla bağlı suallar verilsin”.
Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Tarixin bir günü” verilişində deyib.
O bildirib ki, aparıcılar onu bu barədə danışmağa vadar edirlər:
“Mən ailəm haqqında niyə danışmalıyam ki?! Səbəb nədir? Mən hansısa bir insanın ailəsi haqqında nəsə bilirəm? Xeyr! O da mənim ailəm haqqında heç nə bilməsin. Aparıcı sual verəndən cavab verməlisən ki, günorta bozbaş bişirmişdik, axşam da dolma...”