SEPAH generalı İsrailə xəbərdarlıq etdi

11:39 - 17 Oktyabr 2024 - DÜNYA

İsrail əgər İran obyektlərinə zərbə endirərsə cavabımız "ağrılı olacaq", Amerikanın THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə batareyaları da kömək etməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu xəbərdarlığı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general-leytenant Hüseyn Səlami İran İslam İnqilabı Keşikçiləri Korpusunun mərhum müavini Abbas Nilforuşanla vida mərasimində edib.

“Bilirsiniz ki, biz bir şey deyəndə onu həyata keçiririk, əgər siz həm İranda, həm də bölgədəki hədəflərimizdən hər hansı birinə zərbə endirsəniz, ağrılı şəkildə cavab verəcəyik”.
- Salami İsrailə müraciət edərək dedi.

Xəbər xətti