Zelenski liderlər səviyyəsində Avropa Şurasının iclası üçün Brüsselə uçub
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski təyyarədə uçarkən canlı yayımda bildirib.
“Avropa Şurasının xüsusi iclası olacaq, mən Qələbə Planını – Rusiyanı sülhə məcbur etmək üçün alətimizi təqdim edəcəyəm. Bütün Avropa liderləri bizim mövqelərimizi necə gücləndirməli olduğumuzu eşidəcəklər. Biz bu müharibəni ədalətli şəkildə bitirməliyik”, - deyə prezident bildirib.
Dövlət başçısı Avropa Şurasının iclası ilə yanaşı, Avropa Parlamentində, xüsusilə prezident Roberta Mezola və siyasi qrupların sədrləri ilə görüşlərdə də iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte ilə də görüş planlaşdırılır və Ukrayna prezidentin sözlərinə görə, müdafiə nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclasına hazırlaşır.