İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində reyd keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail işğalçı qüvvələri səhər saatlarında Qüdsün şimal-şərqində yerləşən Anata şəhərinə hücum edib və bu, yerli gənclərlə toqquşmaya səbəb olub.
Hərbçilərin mülki şəxslərə qarşı səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.