Perunun Huancayo şəhərindəki həbsxanada baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Penitensiar İnstitutu məlumat yayıb.
Bildirilir ki, saat 21:30 radələrində Huancayo həbsxanasının pavilyonunda ayaqqabı sexində yanğın olub.
Müəssisənin mühafizəçiləri hadisə barədə dərhal yanğınsöndürmə xidmətinə məlumat veriblər, 30 əməkdaş və 6 texnika göndərilib.
İdarədən bildiriblər ki, 5 nəfər boğulma nəticəsində ölüb. “La Republica” qəzetinin məlumatına görə, 35 nəfər xəsarət alıb, onlardan 8-nin vəziyyəti ağırdır.
İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub.
Həbsxana 680 məhbus üçün nəzərdə tutulub, burada 2 mindən çox insan var.