Bayden Ukraynaya 425 milyon dollarlıq yeni silah paketinin ayrıldığını açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ prezidenti Co Bayden Ukraynaya hava hücumundan müdafiə sistemləri daxil olmaqla 425 milyon dollarlıq yeni silah paketinin ayrıldığını açıqlayıb.
Yeni yardım paketinə NASAMS zenit-raket sistemləri, HIMARS çoxsaylı buraxılış raket sistemləri, Stinger insan daşına bilən zenit-raket sistemləri və RIM-7 zenit raketləri, 155 və 105 üçün döyüş sursatı, artilleriya mərmiləri, tank əleyhinə TOW sistemləri üçün döyüş sursatları, Javelin və AT-4 tank əleyhinə sistemlər, həmçinin nəqliyyat vasitələri, atıcı silahlar və döyüş sursatları daxildir.
Ümumilikdə, Pentaqonun məlumatına görə, Birləşmiş Ştatlar xüsusi hərbi əməliyyat başlayandan bəri Ukraynaya 59,1 milyard dollar, Baydenin prezidentliyi başlayandan isə 59,8 milyard dollar hərbi yardım ayırıb.
.