ABŞ administrasiyası çərşənbə günü Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O, bildirib ki, ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı planlaşdırılır.
Jan-Pyer əlavə edib ki, oktyabrda Almaniyanın Ramşteyn aviabazasında baş tutmalı olan dövlət və hökumət başçıları səviyyəsində Kiyevə silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclası noyabrda keçiriləcək.