Mumbayda 13 reysin qrafikdən yayındırılmasına səbəb olan hava yollarına hədələr göndərən 17 yaşlı yeniyetməni saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, NDTV-nin məlumatına görə, gənc atası ilə birlikdə polis idarəsində dindirilir.
Telekanalın məlumatına görə, gənc bu cür hərəkətləri ilə münaqişəsi olduğu dostunu pərdələmək istəyib.
O, bu tanışının adından X-də səhifə yaradıb və oradan təyyarələrdə ehtimal olunan partlayışlarla bağlı mesajlar göndərib.
Polis yeniyetmənin oktyabrın 14-də dörd reysə yalan təhdidlər göndərdiyini, ikisinin sonda gecikdiyini, birinin Yeni Dehliyə yönləndirildiyini, digərinin isə ləğv edilməli olduğunu söyləyib.
Çərşənbə axşamı ən azı yeddi reys gecikdi, o cümlədən Air India Delhi-Chicago reysi təcili olaraq Kanadanın İqaluit hava limanına yönləndirildi.
Dammamdan Laknova gedən IndiGo reysi isə Caypura enməyə məcbur olub.
Air India, Air India Express, Akasa Air və Alliance Air də təhdidlər alıb.
Oktyabrın 15-də Akasa Air və IndiGo aviaşirkətlərinə qarşı təhdidlər gəlib.
Hava limanının təhlükəsizlik xidmətləri yoxlamalar aparıb və təyyarələrin heç birində partlayıcı qurğu aşkar edilməyib.
Polis təhdidlərin arxasında duran yeniyetmənin yerini müəyyən edib yaxalaya bilib.
Ona qarşı cinayət işi açılıb.