Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 140-ı ötüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Nigeriyanın xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Bundan əvvəl 94 nəfərin öldüyü və 50-yə yaxın yaralının olduğu bildirilirdi.
Hadisə ölkənin şimalındakı Ciqava ştatında baş verib. Yanacaq daşıyan maşının sürücüsü idarəetməni itirib, avtomobil qəzaya düşüb və partlayıb. Yanacaq almaq üçün yolun kənarına toplaşan insanlar ölüb.