İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

18:13 - 16 Oktyabr 2024 - DÜNYA

İsveçrə Avropa İttifaqının 14-cü birtərəfli məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı sanksiya siyahısına 61 müəssisə əlavə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb.

Bildirilir ki, Federal Şuranın qərarı Rusiyanın sənaye, hərbi və texnoloji potensialını gücləndirmək üçün nəzərdə tutulan malların ixracına qoyulan məhdudiyyətləri daha da sərtləşdirir.
 Bundan başqa, daha sərt ixrac məhdudiyyətləri tətbiq edilən subyektlərin siyahısına 61 yeni müəssisə əlavə edilib.

Xəbər xətti