Delta Air Lines Nyu-Yorkdan Təl-Əvivə uçuşların dayandırılmasını 31 mart 2025-ci ilə qədər uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd edilir ki, müddətin uzadılmasına səbəb Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar olub. Artıq müvafiq reyslərə bilet almış aviaşirkətin müştəriləri Fly Delta mobil tətbiqi vasitəsilə bildirişlər alacaqlar.
Ləğv edilmiş reyslərdə olan sərnişinlər də heç bir əlavə ödəniş etmədən rezervasiyalarında dəyişiklik edə və ya səfər üçün pulu geri ala biləcəklər.