ABŞ ordusunun 67 milyon dollarlıq təyyarəsi qəzaya uğradı

12:30 - 16 Oktyabr 2024 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler döyüş təyyarəsi Uidbey adasında yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi Rainier dağının şərq hissəsi (Vaşinqton ştatı) yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Seattle Times məlumat yayıb. Məlumata görə, qırıcı 130-cu Elektron Hücum Eskadrilyasına təyin edilib.

Qəzanın səbəbləri araşdırılır.

EA-18G "Growler" elektron döyüş təyyarəsi F/A-18 Super Hornet qırıcısının modifikasiyasını təmsil edir. Onun dəyəri 67 milyon dollardır.

Xəbər xətti