İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah"a məxsus 140 hərbi obyektin və onlarla silahlısının məhv edildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İD Livanın cənubunda “Hizbullah" və onun terror infrastrukturuna qarşı məhdud, lokallaşdırılmış və məqsədyönlü əməliyyat tədbirləri həyata keçirməkdə davam edir.
Bundan əlavə, “Hizbullah” terrorçularına məxsus silah anbarları və İsrail ərazisinə yönəlmiş buraxılış qurğuları kimi 140-dan çox obyekt havadan vurulub.