Argentina millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində evdə Boliviya yığmasını 6:0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, matçda qolları Lionel Messi (19, 84, 86 dəqiqə), Lautaro Martinez (43), Julian Alvares (45+3) və Tiaqo Almada (69) vurub.
49-cu dəqiqədə videotəkrar izləndikdən sonra Argentina yığmasının müdafiəçisi Nikolas Otamendinin qolu ofsayd qeydə alınaraq ləğv edilib.
Messi həmçinin iki məhsuldar ötürmə edib.