Venesuelada Zulia ştatında dövlətə məxsus La Salina neft emalı zavodunda baş verən yanğın nəticəsində azı 21 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yanğın neft anbarında baş verib. Agentlik yazır ki, konstruksiya əvvəlcə dağılıb, daha sonra isə partlayış baş verib.
Xəsarət alanların sayı arta bilər.