Daşqın Mavritaniya ilə sərhəddəki eyniadlı çayın daşdığı Seneqalın şimalında başlayıb.
Ucnoqta.az xəbər verir ki, RFI radiostansiyasının verdiyi məlumata görə, Seneqal çayı və onun sol qolu Faleme yaxınlığındakı 20-yə yaxın yaşayış məntəqəsi su altında qalıb.
Sinoptiklərin məlumatına görə, Seneqalın bu çayların axdığı şərq bölgələrində 1955-ci ildən bəri daşqınlar müşahidə edilməyib.
Artıq zərər çəkmiş yaşayış məntəqələrindən insanların təxliyyəsinə başlanılıb.
Seneqalın paytaxtı Dakardan 650 km şərqdə yerləşən 11 min nəfərlik Kidira şəhərinin sakinləri evlərini tərk edirlər.