Seneqalda daşqınlar başlayıb: Sakinlər evlərini tərk edir ...

00:00 - 16 Oktyabr 2024 - DÜNYA

Daşqın Mavritaniya ilə sərhəddəki eyniadlı çayın daşdığı Seneqalın şimalında başlayıb.

Ucnoqta.az xəbər verir ki, RFI radiostansiyasının verdiyi məlumata görə, Seneqal çayı və onun sol qolu Faleme yaxınlığındakı 20-yə yaxın yaşayış məntəqəsi su altında qalıb.

Sinoptiklərin məlumatına görə, Seneqalın bu çayların axdığı şərq bölgələrində 1955-ci ildən bəri daşqınlar müşahidə edilməyib.

Artıq zərər çəkmiş yaşayış məntəqələrindən insanların təxliyyəsinə başlanılıb.
Seneqalın paytaxtı Dakardan 650 km şərqdə yerləşən 11 min nəfərlik Kidira şəhərinin sakinləri evlərini tərk edirlər.

Xəbər xətti