Rusiyanın baş naziri Mixail Mişustin Pakistanın paytaxtı İslamabada gəlib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, burada, oktyabrın 16-da Rusiyanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək və həmkarları ilə bir sıra görüşlər keçirəcək.
Mişustindən başqa, ŞƏT-ə üzv ölkələrin Baş Nazirləri Şurasının iclasında Belarus, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanın hökumət başçıları, həmçinin birinci vitse-prezidentin iştirakı planlaşdırılır.