Gürcüstana Avropaya inteqrasiyanın dayandırılması barədə xəbərdarlıq ediləcək

16:00 - 15 Oktyabr 2024 - DÜNYA

Oktyabrın 17-18-də keçiriləcək sammitdə Aİ dövlət və hökumət başçıları Gürcüstan hökumətinə Tiflisin siyasi kursunu dəyişmədiyi təqdirdə Brüsselin Avropaya inteqrasiyanı dayandıracağına dair siqnal göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə liderlərin görüşü ərəfəsində Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.

“Gürcüstandakı vəziyyətlə bağlı yekdil, güclü bir mesaj olacaq ki, bu mesaj hökumətə deyəcək ki, siz kursunuzu dəyişdirməsəniz, heç bir hərəkət olmayacaq” - o, qeyd edib.

Xəbər xətti