Avstraliya hakimiyyəti milli raket proqramında iştirak etdiyi iddia edilən təşkilatlarda yüksək vəzifə tutan beş İran vətəndaşına qarşı maliyyə sanksiyaları tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlərə "Şahid Baqeri" Sənaye Qrupunun direktoru Əmir Radfar, "Şahid Həmmət" Sənaye Qrupunun kommersiya direktoru Cavad Musəvi, həmçinin İran Aviasiya Sənayesi Təşkilatının üç yüksək rütbəli əməkdaşı daxildir: Naderhun Siyavash, Mirahmad Noushin və Mohammad Qulami. Artıq bu şəxslərin Avstraliyaya girişi də qadağan edilib.