Neftin qiyməti ucuzlaşıb

13:10 - 15 Oktyabr 2024 - İQTİSADİYYAT

Neftin qiyməti ucuzlaşıb

Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2024-cü il oktyabrın 3-dən bəri ilk dəfə olaraq 74 dollar/bareldən aşağı düşüb.

Birja məlumatlarına əsasən, Brent fyuçersləri azalaraq 73,99 dollara (-4,48%) ticarət edilib.

Eyni zamanda, WTI markalı xam neftin dekabr çatdırılması üçün fyuçersləri 4,67% itirərək bir barel üçün 70,38 dollara düşüb.

Xəbər xətti