26 yaşlı gənc 192 metrlik körpüdən yıxılıb öldü

11:11 - 15 Oktyabr 2024 - HADİSƏ

İspaniyanın Talavera de la Reina şəhərində 26 yaşlı britaniyalı sosial şəbəkələr üçün video çəkərkən körpüdən yıxılaraq dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, o, 24 yaşlı dostu ilə video çəkmək üçün ölkənin ən hündür körpülərindən birinə dırmaşmaq qərarına gələndə baş verib.

Yerli məclis üzvü Macarena Muñoz qeyd edib ki, cütlük şəhərə xüsusi olaraq çəkiliş üçün gəlib.
O, hadisəni "faciəli və kədərli" adlandırıb və əlavə edib ki, körpüyə qalxmaq qadağandır və səlahiyyətlilər bunun təhlükəli olduğunu və heç bir halda edilməməli olduğunu dəfələrlə qeyd ediblər.

Yerli mətbuat yazır ki, 192 metr hündürlüyündə olan körpü uzun müddətdir ki, qadağaya baxmayaraq, çəkiliş üçün ora qalxmağa davam edən ekstremal idman həvəskarları və kontent yaradıcıları arasında populyardır.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü britaniyalının ölümünü təsdiqləyib və onların ailəsinə dəstək olduqlarını və yerli hakimiyyət orqanları ilə əlaqə saxladıqlarını qeyd edib.

Xəbər xətti