Oxot dənizində iki ay əvvəl içərisində üç nəfərin olduğu itmiş qayıq tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qayıqdakı 3 nəfərdən ikisi ölüb, biri sağ qalıb. Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Gəmi oktyabrın 14-də Kamçatka ərazisinin Ust-Xayryuzovo kəndi yaxınlığında Oxot dənizində tapılıb.
Xatırladaq ki, avqustun 9-da içərisində 15 yaşlı oğlan və iki böyük olan qayıq itkin düşmüşdü.