Cənubi Çin Dənizində Çin sahil mühafizə gəmisi Filippin Balıqçılıq və Su Resursları Bürosu (BFAR) gəmisi ilə toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
BFAR-ın məlumatına görə, hadisə oktyabrın 11-də baş verib. Toqquşma nəticəsində Filippin gəmisinə cüzi ziyan dəyib.
Çin dənizinin sularında insidentlər daha tez-tez baş verir ki, bu da gərginliyin artmasına səbəb olub: Çin sahil mühafizə gəmiləri Filippin gəmilərini çıxarmağa cəhd edib və onların toqquşması halları qeydə alınıb.
Çin Sahil Mühafizəsi tez-tez Ayungin və Scarborough riflərində Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edir.