Kanada hakimiyyəti Ottavanın məlumatına görə, Kanada vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar altı hind diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Kanada Xarici İşlər Nazirliyi bu gün elan edib ki, altı hind diplomatı və konsulluq əməkdaşı Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı həyata keçirilən məqsədyönlü kampaniya ilə əlaqədar Kanadadan qovulmaları barədə bildiriş alıblar", - sənəddə deyilir.
Bildirilir ki, Kanada Kral Atlı Polisində bu şəxslərin kanadalılara qarşı bəzi qanunsuz hərəkətlərdə iştirakı barədə məlumat var, bunun nəticəsində onların dindirilməsi üçün Hindistana diplomatik və konsul toxunulmazlığından imtina etmək və istintaqda əməkdaşlıq etmək təklif edilib.
Hindistan tərəfi, qeyd edildiyi kimi, Kanadanın bu cür tələbləri ilə razılaşmayıb, nəticədə Ottava bu diplomatları ölkədən çıxarmaq qərarına gəlib