Vaşinqton hesab edir ki, Çin Silahlı Qüvvələrinin Tayvanda keçirdiyi təlimlər guya vəziyyəti destabilləşdirir və təzyiq göstərmək məqsədi daşıyır.
Ucnoqta.az xəbər verir ki, bu iddia Pentaqonun mətbuat katibi Patrik Rayder tərəfindən yazılı açıqlamada təqdim olunub.
"Biz Xalq Azadlıq Ordusunun Tayvan ətrafında "Birgə Qılınc - 2024B" təlimlərini diqqətlə izləyirik. Hərbi təzyiq göstərmək üçün edilən bu əməliyyat məsuliyyətsiz, qeyri-mütənasib və sabitliyi pozur”, - o bildirib.
Pentaqonun sözlərinə görə, Pekin təxribat xarakterli hərbi hərəkətlər üçün fürsətdən istifadə etmək qərarına gəlib.
Rayder əmin edib ki, ABŞ hələ də Hind-Sakit okean regionunda çəkindirməni möhkəm şəkildə təmin edir.