İsrail ordusu Livanda "Hizbullah"a məxsus 800 metrlik bunker aşkarlayıb

20:39 - 14 Oktyabr 2024 - DÜNYA

 İsrail hərbçiləri Livanın cənubunda şiə Hizbullah hərəkatının Radvan xüsusi təyinatlı qüvvələrinin qərargahının yerləşdiyi və İsrailə hücumda istifadə üçün hazırlanmış silah, sursat və motosikletlərin saxlandığı 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkarlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ordu yeraltı obyektin içərisində raketlər, minaatan mərmiləri, motosikletlər və ərzaq və ləvazimatlarla təchiz olunmuş mətbəx də daxil olmaqla uzunmüddətli yaşayış yerləri aşkar edib.

İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, Hizbullahın xüsusi qüvvələrinin silahlı radikalları “bir neçə gün əvvəl” bunkerdə olublar.

Xəbər xətti