Oğuzda avtomobil ağaca çırpılıb, xarici ölkə vətəndaşları xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəzada yaralanan sərnişinlər Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.