İsrail "Hizbullah"ın komandirlərindən birini öldürüb

16:20 - 14 Oktyabr 2024 - DÜNYA

İsrail ordusu Hizbullah şiə təşkilatının hərbi birləşmələrinin tərkibində Radvan xüsusi təyinatlı tank əleyhinə bölmənin komandirini ləğv etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Məhəmməd Kamil Naim İsrail mülki əhalisinə qarşı tank əleyhinə raketlərdən istifadə edilən hücumlar da daxil olmaqla, çoxsaylı terror hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə cavabdeh idi.

Ordudan verilən məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində həlak olub.

Xəbər xətti