Britaniya İranın Kosmik Agentliyinə qarşı sanksiyalar tətbiq edib

16:14 - 14 Oktyabr 2024 - DÜNYA

Britaniya hakimiyyəti İranın Kosmik Agentliyinə və İranın altı hərbi liderinə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat dərc olunub.

Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə aktivlərin dondurulmasını ehtiva edən məhdudiyyətlərə İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi, briqada generalı Məhəmməd Hüseyn Dadras, İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedi, İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit hissəsi) kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazemi, kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Naini daxildir. 

Britaniya hakimiyyəti öz qərarını bu hərbi liderlərin İsrailin rifahını və ya təhlükəsizliyini pozmağa yönəlmiş fəaliyyətlə məşğul olmaları ilə əsaslandırıb.
 Bundan əlavə, İranın “Farzanegan” konstruktor bürosuna və onun baş mühəndisi Hossein Pourfarzaneh-ə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Xəbər xətti