Aİ XİN-nin rəhbərləri Ukraynaya HHM sistemlərinin tədarükünü müzakirə edəcəklər

12:21 - 14 Oktyabr 2024 - DÜNYA

Lüksemburqda keçiriləcək görüşdə Aİ-nin xarici işlər nazirləri qış ərəfəsində Kiyevə yeni hava hücumundan müdafiə vasitələrinin tədarükü imkanlarını yenidən müzakirə edəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosep Borrel Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünə gələrkən bildirib. Bildirilir ki, lakin Avropa Sülh Fondundan maliyyələşmənin qarşısı alındığı üçün qərarların qəbul edilməsinə zəmanət verilmir.

"Biz yardımı artırmalıyıq. Bu, bizim tərəfimizdən yeganə mümkün həll yoludur. Avropa Sülh Fondundan ödənişlərin qarşısının alınmasını və Ukraynanın zenit imkanlarını necə artıracağını müzakirə edəcəyik" - Borrell qeyd edib.

Xəbər xətti