Çin Xalq Respublikasının Müdafiə Nazirliyi “Liaoning” aviadaşıyıcısının Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun təlimlərində iştirakı barədə məlumat yayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin ordusunun döyüş komandanlığının Şərq zonasının rəsmi nümayəndəsi, baş polkovnik Li Si bildirib.
Bildirilir ki, oktyabrın 14-də Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq Bölgəsi Tayvan adası üzərində Şərqi Çin dənizinin hava məkanına Liaoning aviadaşıyıcısının yerləşdirilməsini təşkil edib.
Qeyd olunur ki, təlimlər gəmi və aviasiya vasitələrinin hərəkətlərinin uzlaşdırılması, havadan birgə idarəetmə, qurudan, dənizdən və havadan atəş gücü ilə dənizdən zərbə endirilməsi kimi istiqamətlərdə keçirilir.
Müxtəlif növ silahların vahid rabitə və birgə döyüş qabiliyyətinin yoxlanılmasına xüsusi diqqət yetirilir.