Kim Çen Inın bacısı Seulu hədələdi

22:39 - 12 Oktyabr 2024 - DÜNYA

Cənubi Koreya pilotsuz təyyarələri yenidən Pxenyanın hava məkanını pozarsa, Koreya Respublikası “faciəli nəticələrlə” üzləşəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən KXDR liderinin bacısı Kim Yo Cjonq deyib.

“Xarici İşlər Nazirliyimizin qeyd etdiyi kimi, Koreya Respublikasının hərbi qüvvələrinə hücumun başlanmasını və məhv edilməsini planlaşdıran bizim ordumuz deyil.
Biz onun vaxtını təyin etmirik”, - Kim Yo Cjong bildirib.
Bir gün əvvəl KXDR Xarici İşlər Nazirliyi bildirib ki, əgər dron yenidən Xalq Respublikasına daxil olarsa, ikinci xəbərdarlıq olmayacaq.

"Paytaxtımızın hava məkanında yenidən bir ROK pilotsuz təyyarəsi aşkar edilərsə, dərhal dəhşətli və faciəli nəticələrə səbəb olacaq. Şəxsən mən bunu istəməzdim" - Kim Yo Cjong  qeyd edib.

Xəbər xətti