Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın məlumatına görə, Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Camal Nuru oğlu Xalıqov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, 69 yaşlı C.Xalıqov oktyabrın 8-i Şəki-Marxal avtomobil yolunda 1996-cı il təvəllüdlü Afiq Asif oğlu Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulmuşdu.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.