Rusiya Yaponiyanın bu payızda Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planlarına görə Yaponiya səfirliyinə etiraz edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Oktyabrın 11-də Yaponiyanın Rusiyadakı səfirliyinə Tokionun oktyabrın sonu - noyabrın əvvəllərində Yaponiya ərazisində, Rusiya Federasiyasının sərhədlərinə yaxınlıqda, o cümlədən Hokkaydo adalarının yaxınlığında yerləşən ərazilərdə ABŞ-la birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı sərt etiraz edilib”, - Rusiya diplomatik departamentində qeyd ediblər.