Bakı metrosunda yenidən problem yaranıb.
Sərnişinlər Modern.az-a bildirib ki, “İçərişəhər” stansiyasında dayanan qatarın qapıları bağlanmayıb.
Məlumata görə, stansiyada dayanan qatardakı sərnişinlər düşürülüb və qatar 10 dəqiqədən sonra sərnişinsiz yola düşüb.
Bir neçə dəqiqədən sonra yeni qatar gəlib və sərnişinlər həmin qatarla yola salınıb.
Problemin nədən qaynaqlandığı hələlik məlum deyil.
Məsələ ilə bağlı sorğu göndərilib.