Qərb ilin sonuna qədər Ukraynaya 1,4 milyard avro yardım edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib. Kansler qeyd edib ki, Almaniya tərəfdaşları ilə birlikdə ilin sonuna qədər Ukraynaya təxminən 1,4 milyard avro dəyərində hərbi yardım paketi verəcək.
Onun sözlərinə görə, ölkə əsas diqqəti hava hücumundan müdafiə sistemlərinə yönəldəcək. Kansler Kiyevə hərbi yardım üçün 600 milyon avro ayrıldığını da açıqlayıb.
Öz növbəsində prezident bu müharibəni 2025-ci ildən gec olmayaraq bitirmək istədiyini vurğulayıb.