Ukrayna Kanadadan 290,5 milyon dollar məbləğində əlavə kredit alacaq

15:33 - 11 Oktyabr 2024 - DÜNYA

Ukrayna Kanadadan 400 milyon Kanada dolları (290,5 milyon dollar) məbləğində əlavə kredit alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilir ki, oktyabrın 11-də Ukraynanın maliyyə naziri Sergey Marçenko Kanada hökuməti ilə 400 milyon Kanada dolları məbləğində əlavə kredit üçün 4-cü əlavə sazişi imzalayıb.
Kredit 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5% təşkil edir.

Güzəşt müddəti vəsaitin alındığı tarixdən 4,5 ildir.

Xəbər xətti