Olaf Şolz gələn həftə Türkiyəyə səfər edəcək

14:11 - 11 Oktyabr 2024 - DÜNYA

Almaniya kansleri Olaf Şolz gələn həftənin sonunda Türkiyəyə səfər edəcək .

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner brifinqdə jurnalistlərə bildirib.

Büxner qeyd edib ki, kansler gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da, şənbə günü İstanbulda prezident Ərdoğanla görüşəcək.
Danışıqlardan sonra mətbuat konfransı planlaşdırılıb.

Onun sözlərinə görə, danışıqlarda böyük ehtimalla Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət, həmçinin miqrasiya problemi müzakirə olunacaq.

Xəbər xətti